FED.az biznes portalı mks.az-a istinadən "Sosial sığorta haqqında" AR Qanununa olan dəyişikliklətin izahını təqdim edir:
“Sosial Sığorta haqqında” AR Qanununa edilən dəyişikliklərdən sonra bəzi fərdi sahibkarlar üçün 2020-ci il aprelin 1-dən 2021-ci il yanvarın 1-dək məcburi dövlət sosial sığorta dərəcəsinin aşağıdakı kimi müəyyən edildiyi barədə xəbər vermişdik:
Eləcə də bax: «Sığorta şirkətləri 2 litr aşağı avtomobilə görə – KOMİSSİYANI DAYANDIRIBLAR»
Məlumat üçün bildirək ki, "Vergi uçotu: A-dan Z-yə" (II nəşr) kitabında "Sosial sığorta haqqında" AR Qanununa olan dəyişikliklətin geniş izahı verilib. Qeyd edək ki, Sahibkarlıq fəaliyyəti üzrə – minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 25 faizi, digər sahələrdə 15 faizi miqdarının:
- Bakı şəhərində 100 faizi;
- Sumqayıt və Gəncə şəhərlərində 90 faizi;
- digər şəhərlərdə 80 faizi;
- rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi;
= kənd yerlərində 50 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər.
Daxil olan müraciətlərə əsasən deyə bilərik ki, fərdi sahibkarlar olan vergi ödəyiciləri “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsini (hesabatını)” təqdim etdikdə, aylar üzrə sosial ayırma dəyişikliklərdən öncəki qaydada hesablanır.
Bakı şəhərində fəaliyyət göstərən fərdi sahibkar üçün 2020-ci ilin aprel, may və iyun ayları üzrə aylıq 37,50 manat (250 manat (minimum əmək haqqı) x 15 faiz) hesablanmalı olduğu halda, vahid bəyannamə avtomatik olaraq 62,50 manat ((250 manat (minimum əmək haqqı) x 25 faiz) hesablayır. Bu hesablama nəticəsində vergi ödəyicisinin aprel, may və iyun ayları üzrə şəxsi vərəqədə hər ay üzrə 25 manat (62,50 manat - 37,50 manat) sosial ayırma borcu yaranır.
Mks.az saytı qeyd edilən məsələ ilə bağlı kimik bir araşdırma aparıb və məlum olub ki, Dövlət Vergi Xidmətinin müvafiq bölməsi tərəfindən vahid bəyannamədə düzəlişlərin aparılması üçün texniki tapşırıq hazırlanıb. Ancaq texniki tapşırığın vahid bəyannamədə əks olunmasının yekunlaşdırılması gələn həftə baş tutacaq.
Məlumatı əldə etdiyimiz mənbə vergi ödəyicilərinə məsləhət gördü ki, fəaliyyəti olan fərdi sahibkarlar vahid bəyannaməni müvafiq texniki düzəlişlər həyata keçirildikdən sonra təqdim etsələr, daha məqsədəuyğun olar. Çünki sosial ayırmaların öncəki qanunvericiliyə uyğun olaraq hesablanması səbəbindən dəqiqləşdirilmiş bəyannamə verilməsinə ehtiyac yarana bilər.
Pandemiya ilə əlaqədar bir çox dövlət qurumlarında olduğu kimi, Dövlət Vergi Xidmətində də növbəli iş rejiminin tətbiqi nəticəsində texniki tapşırığın gec həyata keçirilməsini anlayışla qarşılayırıq. Ancaq yaxşı olardı ki, Dövlət Vergi Xidməti son dəyişikliklərin bəyannamədə əks olunmasının ləngiməsi ilə bağlı açıqlama verəydi. Belə olsaydı, həmkarlarımız arasında çaşqınlıq yaranmazdı.
Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda 02 iyun 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı satışda
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.