Azərbaycan Mərkəzi Bankı (AMB) Türkiyənin "UAG Sigorta ve Reasürans Brokerliği" Limited Şirkətini reyestrinə daxil edib.
SOCAR-ın Türkiyədə yaratdığı şirkət Azərbaycanda xarici təkrarsığortaçıların reyestrinə daxil edilib
FED.az xəbər verir ki, bu barədə AMB bildirir.
Məlumata görə, bununla da, Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən xarici brokerlərin sayı 88-ə çatıb.
Xatırladaq ki, bundan əvvəl apreldə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədə yaratdığı "SOCAR Sigorta ve Reasürans Brokerliği" Anonim Şirkəti sığorta brokerlərinin reyestrinə daxil edilmişdi.
Xatırladaq ki, "UAG Sigorta ve Reasürans Brokerliği" 2015-ci ildən sığorta və təkrarsığorta sahəsində fəaliyyət göstərir. Şirkətin baş ofisi İstanbul şəhəri, Kadıköy, Mahmut Yesari caddesi, Koşuyolu mahallesi, 46 ünvanında yerləşir. (Report)