Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədə yaratdığı "SOCAR Sigorta ve Reasürans Brokerliği" Anonim Şirkətini reyestrinə daxil edib.
AMB-nin təqdimatını tam yerinə yetirmədi - “Sizin Sığorta Brokeri”nin lisenziyası dayandırıldı
FED.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, bununla da, Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən xarici brokerlərin sayı 87-yə çatıb. Xatırladaq ki, bundan əvvəl fevralda Gürcüstanın "Maqnus" sığorta şirkətinin yerli törəməsi "Maqnus Sığorta Brokeri" MMC sığorta brokerlərinin reyestrinə daxil edilmişdi.
Xatırladaq ki, "SOCAR Sigorta ve Reasürans Brokerliği" 2022-ci ildən sığorta və təkrarsığorta sahəsində fəaliyyət göstərir. Şirkətin baş ofisi İstanbul şəhəri, Sarıyer, Ayazağa mahallesi, Azərbaycan caddesi, Vadistanbul, 1D ünvanında (SOCAR Plaza) yerləşir. (Report)