Azərbaycanda 2025-ci ilin yanvar-dekabr ayları ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-dekabr ayları ərzində bu növ sığorta üzrə yığımlar 181 milyon 214 min manat təşkil edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14 milyon 403 min manat və ya 8,6% çoxdur. 2024-cü ilin eyni dövründə bu göstərici 167 milyon 711 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 137 milyon 593 min manat təşkil edib ki, bu da illik müqayisədə 7 milyon 593 min manat və ya 5,8% çoxdur. Ötən ilin eyni dövründə 129 milyon 997 min manat sığorta ödənişləri edilmişdi.












