2025-ci ilin yekunlarına görə, Azərbaycanda sığorta bazarı üzrə yığımlar 1 milyard 504 milyon 709 min manata bərabər olub..
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 151 milyon 524 min manat və ya 11,2% artım deməkdir. Xatırladaq ki, ötən il sığorta yığımları 1 milyard 353 milyon 185 min manat təşkil etmişdi.
Bu dövrdə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 920 milyon 395 min manat təşkil edib. Başqa sözlə, son bir ildə ödənişlərin həcmi 167 milyon 683 min manat və ya 22,3% artıb. Ötən ilin müvafiq dövründə bu göstərici 752 milyon 712 min manat olmuşdu.
Nəticədə, sığorta bazarının ümumi zərərlilik göstəricisi ötən ilin eyni dövründəki 55,6%-dən bu il 61,2%-ə yüksəlib.












