Azərbaycanda 2025-ci ilin yanvar-noyabr ayları ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-noyabr ayları ərzində bu növ sığorta üzrə yığımlar 165 milyon 605 min manat təşkil edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11 milyon 432 min manat və ya 7,4% çoxdur. 2024-cü ilin eyni dövründə bu göstərici 154 milyon 173 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 123 milyon 690 min manat təşkil edib ki, bu da illik müqayisədə 5 milyon 307 min manat və ya 4,5% çoxdur. Ötən ilin eyni dövründə 118 milyon 383 min manat sığorta ödənişləri edilmişdi.












