Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə zərərlilik göstəricisi (ödəniş-yığım nisbəti) azalıb.
FED.az Mərkəzi Bankın hesabatı istiandən xəbər verir ki, bu ilin 11 ayı ərzində bu növ sığorta üzrə zərərlilik göstəricisi 74,7% olub.
Qeyd edək ki, bu dövrdə avtomobillərin icbari sığortası üzrə 165 milyon 605 min manat toplanıb, 123 milyon 690 min manat ödəniş edilib.
Bu növ üzrə zərərlilik ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1% azdır.
Xatırladaq ki, 2024-cü ilin yanvar-noyabr aylarında bu göstərici 76,8% idi. Ümumilikdə bu sığrota növü üzrə 154 milyon 173 min manat sığorta haqqı toplanmış və 118 milyon 383 min manatı ödənişlərə yönəldilmişdi.












