Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın aylıq hesabatına istiandən xəbər verir ki, 2025-ci ilin yanvar-aprel aylarında bu növ sığorta üzrə yığımlar 53 milyon 721 min manat təşkil edib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 549 min manat və ya 7% çoxdur.
2024-cü ilin yanvar-aprel aylarında bu göstərici 50 milyon 171 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 41 milyon 632 min manat təşkil edib ki, bu da illik müqayisədə 1 milyon 209 min manat və ya 3% çoxdur.
Əvvəlki ilin eyni dövründə 40 milyon 423 min manat sığorta ödənişləri edilmişdi.