Bu ilin 4 ayının nəticələrinə görə Azərbaycanda sığorta ödənişlərində artım olan sığrota şirkətlərinin adları məlum olub.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq hesabata istinadən xəbər verir.
Belə ki, hesabat dövründə ən çox sığrota ödənişləri ən kəskin artan şirkət 25,7 dəfə və ya milyon 235 min manatla "Meqa Həyat Sığorta" şirkəti olub.
İkinci pillədə 96% və ya 6 milyon 249 min min manat artımla "Atəşgah” Sığorta Şirkəti gəlir.
Ödənişlərində “Qala” Sığorta Şirkəti 71% (3,2milyon manat) artımla üçüncü olub.
"Azsığorta" Şirkətinin müştərilərə ödədiyi məbləğin həcmi isə son bir il ərzində 55% (217 min manat) artıb.
"Aqrar Sığorta"nın sığorta ödənişlərində ötən ilin müvafiq dövrü ilə müqayisədə 49% başqa sözlə 998 min manat artım baş verib və şirkət 5-ci yeri tutub.
“Azərbaycan Sənaye Sığorta" Şirkətinin ödənişləri 39% və ya 1 milyon 131 min manat artıb.
"Xalq Həyat Sığorta"da isə artım 31% (644 min manat) təşkil edib.
"Meqa Sığorta"da 21% (882min manat), "AtasSğorta"da 19% (258 min manat) artım baş verib.
"Paşa Həyat Sığorta"da isə artım 16% (17,8 milyon manat) təşkil edib.