“Standard Insurance” ASC-nin yeni rəhbərliyinin adı açıqlanıb.
FED.az Banker.az-a istinadən əbər verir ki, Direktorlar Şurası sədri Rəhman Babayevin adı siyahıdan götürülüb və yerinə Nicat Məmmədov təyin olunub.
Digər D.Ş üzvləri olan Oruc Heydərov və Emin Babayevin adı siyahıda yer almayıb.
İdarə Heyətində də daha bir şəxsin adı yeni siyahıda yer almayıb. Bu, İdarə Heyəti üzvü Rövşən Bayramovdur.
Xatırladaq ki, “Standard Insurance” ASC 2002-ci ildən fəaliyyıta başlayıb, nizamnamə kapitalı hazırda 11 mln. manatdır. Sığorta Şirkətinin səhmləri bir hüquqi şəxs olan “AB Standard” Şirkətlər Qrupuna (Bağlanan “Bank Standard” QSC-nin səhmdarı) məxsusdur.
Eləcə də bax: “Günay Sığorta”nın fəaliyyətində - CİDDİ YENİLİKLƏR BAŞLAYIR