Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədilə martın 15-də “Standard Insurance” Sığorta Şirkətinin baş ofisində dezinfeksiya işləri aparılıb.
Eləcə də bax: "Standart İnsurance" növbəti - İLKƏ İMZA ATIB
Dezinfeksiya sahəsində ixtisaslaşmış şirkət tərəfindən “Standard Insurance”ın baş ofisindəki bütün otaqlar dezinfeksiya olunub. Bundan əlavə, gün ərzində 3-4 dəfə masaların üzəri, döşəmələr xüsusi məhlullarla təmizlənir.
Həmçinin, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması və zəruri profilaktik tədbirlərin artırılması məqsədilə şirkət əməkdaşları məlumatlandırılıb. “Standard Insurance” əməkdaşları bütün müştəriləri maska və əlcəklərlə qəbul edirlər. Virusa qarşı əks-epidemik tədbirlər çərçivəsində şirkətə gələn hər bir şəxs maska, əlcəklər, spirt və antiseptik gellərlə təmin edilir.
Mövcud vəziyyətlə əlaqədar “Standard Insurance”da müştəri qəbulu saat 09:30-dan 15:00-dək həyata keçirilir.
Xatırladaq ki, “Standard Insurance” Sığorta Şirkəti 2002-ci ildən etibarən fəaliyyət göstərir. Şirkət “Lloyd’s”un ən böyük brokerlərindən olan “AON” Qrupu tərəfindən “Etibarlı şirkətlər siyahısı”na daxil edilib. “Standard Insurance” 4 növ icbari və 24 növ könüllü sığorta xidməti təklif edir.