Sığorta

"Standart İnsurance" növbəti - İLKƏ İMZA ATIB

"Standart İnsurance" növbəti - İLKƏ İMZA ATIB | FED.az
09:35 14 Yan 2020

2019-cu ilin fevral ayında ölkədə ilk dəfə olaraq övlət-özəl tərəfdaşlığı çərçivəsində yaradılmış müəssisənin növbəti addımı da bir ilk olub.

Eləcə də bax:“Standard Insurance” Sığorta Agentliyinin - RƏHBƏRİ DƏYİŞİB

Gənc nəslin sığorta sahəsi üzrə həm maariflənməsi, həm də təcrübə qazanması məqsədilə yaradılan "Standard Insurance" MMC Paşa Həyat və Günay Sığorta ilə əməkdaşlığa başlayıb. Əməkdaşlıq müqaviləsi imzalayan tərəflər qeyri-həyat sığortası ilə yanaşı gələcəkdə həyat sığortasını da həyata keçirməyin mümkünlüyündən bəhs edib.

FED.az xəbər verir ki, 20.12.2019-cu il tarixində baş tutan görüşə Azərbaycan Dövlət Aqrar Universiteti ev sahibliyi edib. Standard Insurance ASC-nin təşkilatçılığı ilə keçirilən görüşdə Azərbaycan Sığortaçılar Assosiasiyasının sədr müavini Elsevər Tanrıverdiyev, Azərbaycan Gənclər Fondu Şəmkir Gənclər və Karyera İnkişaf Mərkəzinin rəhbəri Kənan İbrahimov, ADAU-nun Maliyyə və iqtisadi nəzəriyyə kafedrasının müdiri prof. Məhərrəm Hüseynov, ASC “Standart İnsurance” Sığorta Şirkətinin İdarə Heyətinin sədri Anar Sadıxov, Paşa Həyat Sığorta Şirkətinin Gəncə Nümayəndəliyinin rəhbəri Samir İsgəndərov, Standart Sığorta Agentliyinin direktoru Mübariz Cəfərov, Atəşgah Sığorta Şirkətinin Gəncə Regional mərkəzinin direktor müavini Orxan Qurbanov, Ata Sığorta ASC-nin Gəncə filialının direktoru Bahadur Hüseynov, “Az Sığorta” ASC-nin Gəncə-Qərb filialının direktoru Rüstəm Darai, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Şəmkir nümayəndəsi Rövşən Bağırov, Azərbaycan Sahibkarlar Konfederasiyasının Gəncə nümayəndəsi Afina Babayeva, “Ata Sığorta” ASC-nin Qərb regional filialının direktoru Elnur Həsənov,  12 sayıl Ərazi Vergilər Baş İdarəsinin Vergi öhdəliklərin icrasına nəzarət idarəsinin rəisi Rauf Mirzəyev, “Standart İnsurance” Sığorta Şirkətinin Gəncə nümayəndəliyinin direktoru Firuz Əliyev, “Rəvan Sığorta” ASC-nin Gəncə filialının müdiri Samir Əmiraslanlı, Günay Sığorta Şirkətinin Gəncə nümayəndəliyinin direktoru Tural Bayramov, Qala Sığorta ASC-nin Gəncə nümayəndəliyinin satış nümayəndəsi Məhərrəm Məmmədov və digər sığorta mütəxəssisləri iştirak edib.

Dəyirmi masa arxasında baş tutan görüş xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.

Digər xəbərlər