Ləğv prosesində olan “Standard Insurance” sığorta şirkətinin Ləgvetmə komissiyası tərəfindən şirkətə məxsus rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 mənzil satışa çıxarılacaqdır.
Eləcə də bax: “Standard Insurance”nin avtomobilləri - Hərraca Çıxarılır - MODELLƏR - QİYMƏTLƏR
FED.az bu barədə Ləgvetmə komissiyasına istinadən xəbər verir.
Məlumata görə, hərrac “Xəzəryanı ixtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən mayın 19-u, saat 11:00-da Bakı şəhəri, Səbail rayonu Ə.Cavid küc.,ev 15, mən 1 ünvanda keçiriləcəkdir. Hərraca çıxarılan predmetin satış qiyməti: 1,9 milyon manat, iştirak haqqının məbləği: 500 manat, behin məbləği: 19 min manatdır.
Hərrac predmetinin ətraflı təsviri aşağıdakı cədvəldə öz əksini tapıb:
Daşınmaz əmlakın təsviri |
Ünvanı |
Ümumi sahəsi |
Satış qiyməti AZN |
İştirak haqqı AZN |
Beh AZN |
Rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 mənzil ofis kimi istifadə olunub |
Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 20 |
359 m² |
1 900 000 |
500 |
19 000 |
Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küç., ev 251, mənzil 49 |
|||||
Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 50 |
|||||
Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi. ev 96, mənzil 65 |
Ləgvetmə komissiyası bildirilir ki, mayın 19-da keçirilməsi nəzərdə tutulan hərrac satışı sayca ikincidir. Birinci hərrac satışı 23 aprel 2021-ci il tarixində keçirilmiş, müvafiq sayda iştirakçı olmadığı üçün baş tutmamış hesab olunub. Bu səbəbdən hərrac qaydalarına uyğun olaraq satışa çıxarılan əmlakın qiymətində (2 milyon manat) 5 % endirim edilmiş qiymət 1,9 milyon manat olub.
Hərracla bağlı daha ətraflı məlumatları isə aşağıdakı linkdən əldə etmək münkündür:
https://tap.az/elanlar/dasinmaz-emlak/obyektler-ve-ofisler/25336904
Komissiyadan bildirilir ki, şirkətin digər əmlaklarının qanunvericiliyə və təsdiq edilmiş hərrac qaydalarına əsasən açıq hərrac yolu ilə satışının təşkili davam edəcək.