Ləğvetmə prosesində olan ASC “Standard Insurance” sığorta şirkətinin əmlaklarının satışı ilə bağlı 5 mart 2021 –ci il tarixində növbəti hərrac keçiriləcəkdir.
Eləcə də bax: "Standard Insurance" şırkətinin maşınları - HƏRRACA ÇIXARILDI - QİYMƏTLƏR, SİYAHİ
Bu barədə FED.az-a ASC “Standard Insurance”nin ləğvetmə komissiyası bildirib.
“Xəzəryanı İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC -nin təşkilatçılığı ilə keçiriləcək hərracda ASC “Standard İnsurance”sığorta şirkətinə məxsus cədvəldə göstərilmiş avtomobillər satışa çıxarılmışdır.
S/N | Model | Marka | Buraxılış ili | Dövlət nömrə nişanı | İlkin satış qiyməti
(AZN-lə) |
1 | CHEVROLET | COBALT | 2014 | 99PD236 | 7 000 |
2 | TOYOTA | CAMRY | 2014 | 10PU799 | 22 500 |
3 | HYUNDAI | TUCSON | 2009 | 90AH683 | 11 000 |
4 | HYUNDAI | ACCENT(hecbek) | 2015 | 99PB783 | 10 500 |
Hərracla bağlı daha ətraflı məlumatları isə aşağıdakı linklərdən əldə etmək münkündür:
- https://tap.az/elanlar/neqliyyat/avtomobiller/24049128
- https://tap.az/elanlar/neqliyyat/avtomobiller/24049735
- https://tap.az/elanlar/neqliyyat/avtomobiller/24048888
- https://tap.az/elanlar/neqliyyat/avtomobiller/24049038
ASC “ “Standard Insurance” Sığorta Şirkətinin ləğvetmə komissiyası həmçinin bildirir ki, şirkətin digər əmlaklarının qanunvericiliyə və təsdiq edilmiş hərrac qaydalarına əsasən açıq hərrac yolu ilə satışının təşkili davam edəcəkdir və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcəkdir.