Azərbaycanın aparıcı və sürətlə inkişaf edən sığorta şirkətlərindən biri olan “Standard Insurance” şirkəti Şamaxıda yeni nümayəndəlik açıb.
FED.az xəbər verir ki, açılış mərasimində şirkətin Direktorlar şurasının sədrinin müşaviri Ruslan Cəfərov və baş ofisin aparıcı departamentlərinin rəhbərləri iştirak ediblər və yeni nümayəndəliyin işçilərinə fəaliyyətlərində uğurlar arzulayıblar.
Eləcə də bax:"Standart İnsurance" növbəti - İLKƏ İMZA ATIB
“Şamaxı tarixi və qədim şəhərdir. Bizim üçün bu şəhərin əhalisinə xidmət göstərmək prioritet fəaliyyət istiqamətlərindən birikdirdir. Çox sevindirici haldır ki, Şamaxı sakinləri üçün bizim xidmətlərimiz artıq daha yaxındır və onlar qısa zamanda istənilən sığorta xidmətindən yararlana bilərlər. Yeni nümayəndəliyin işçilərinə fəaliyyətlərində uğurlar arzu edirəm” , - deyə R. Cəfərov qeyd edib.
Regional nümayəndəliyin açılışının əsas məqsədi ölkənin bölgələrində yaşayan əhalinin sığorta məhsullarının əlçatanlığını təmin etməkdir. Sığorta şirkətinin regional şəbəkəsinin genişləndirməsi eyni zamanda Şamaxıda yaşayan potensial müştərilərin rahatlığını təmin etməkdir.
Şamaxı şəhəri, Seyid Əzim Şirvani küçəsi 65, ünvanında yerləşən yeni nümayəndəlik “Standard Insurance” şirkətinin vahid brend konsepsiyasına uyğun şəkildə dizayn edilib. Artıq Şamaxı sakinləri “Standard Insurance” şirkətinin təqdim etdiyi sığorta məhsullarından asanlıqla istifadə edəcəklər və yaranan problemləri operativ həll etmək imkanı əldə edəcəklər. Şamaxı əhalisi yeni nümayəndəliyə yaxınlaşaraq asanlıqla avtomobillərini, evlərini, sağlamlıqlarını sığortalaya bilərlər.
Şamaxı nümayəndəliyinin açılması eyni zamanda “Standard Insurance” şirkəti tərəfindən ölkə regionlarında yeni iş yerlərinin yaradılmasına verdiyi töhfədir.
Bu gün şirkətin xidmət şəbəkəsinə Bakı filialları ilə yanaşı, Sumqayıtda, Mingəçevirdə, Sabirabadda, Şirvanda, Yevlaxda, Gəncədə, Qubada, Şəkidə, Cəlilabadda, Lənkəranda fəaliyyət göstərən nümayəndəlikləri də daxildir. Yaxın gələcəkdə şirkət xidmət şəbəkəsini genişləndirməyə davam edəcək və ölkənin digər bölgələrində də yeni nümayəndəliklər istifadəyə verməyi planlaşdırır. Şirkət tərəfindən bu istiqamətdə genişmiqyaslı işlər aparılır və ölkə regionlarında yaxın zamanda 2-3 yeni nümayəndəliyin açılması nəzərdə tutulub. Bu tədbirlər şirkətin ümumi inkişaf strategiyasına uyğun şəkildə həyata keçirilir.
Xatırladaq ki, “Standard Insurance” şirkəti 2002-ci il 21 oktyabr tarixindən etibarən fəaliyyət göstərir. “Standard Insurance” sığorta şirkəti “Lloyd’s”un ən böyük brokerlərindən olan “AON” Qrupu tərəfindən “Etibarlı şirkətlər siyahısı”na daxil edilib. Şirkət 4 növ icbari və 24 növ könüllü sığorta xidməti göstərir