FED.az ödənişlərin yığıma nisbəti renkinqinə istinadən xəbər verir ki, 2018-ci il üzrə elə sığorta növləri olub ki, onlardan yığım əldə olunsa da ödəniş olunmayıb və bu da şirkətə 100%-lik gəlir gətirib.
Eləcə də bax: 2018-ci ildə sığorta şirkətlərinin - BAZAR PAYI DƏYİŞİB – CƏDVƏL
Bu sığorta növləri aşağdakılardır:
Sığorta növləri | Yığımın məbləği |
əmək qabiliyyətinin sığortası | 3 388,4 min manat |
sağalmaz xəstəliklərdən sığorta | 278 min manat |
dəmiryol nəqliyyatı vasitələrinin sığortası | 106,6 min manat |
işçilərin dələduzluğu sığortası | 626,9 min manat |
pul və pul sənədlərinin saxtalaşdırılmasından sığorta | 46,3 min manat |
su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası | 269,9 min manat |
yük daşıyanın mülki məsuliyyətinin sığortası | 50 min manat |
kreditlərin sığortası |
1 860 min manat |
işin dayanması ilə bağlı risklərdən sığorta |
0,6 min manat |
sərnişinlərin icbari fərdi qəza sığortası |
112,8 min manat |
digər icbari sığorta növləri |
128,9 min manat |
Yekun | 6 869 min manat |
2018-ci il üzrə elə sığorta növləri də olub ki, onlara daha çox ödəniş edilib.
Ümumən könüllü sığorta növlərində ödənişin yığıma nisbəti 32,19% olduğu halda, icbari sığortada isə 35,33% təşkil edib.
Sığorta növləri üzrə ödənişi yığımından çox olanlar bunlardır: tibb sığorta (68,33%), avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (56,06%), həyatın yaşam sığortası (36,77%) və avtonəqliyyat vasitələrinin sığortası (33,65%).