Azərbaycanda fəaliyyət göstərən maliyyə təşkilatlarının müxtəlif göstəriciləri hazırlanması layihəsi çərçivəsində FED.az 2018-də sığorta bazarında payların dəyişməsini əks etdirən cədvəl hazırlayıb.
Cədvəldə 2017-ci və 2018-ci illərin yanvar-dekabr dövrlərində sığorta şirkətlərinin bazar payının dəyişməsi əksini tapıb.
Cədvələ görə bazarda ən böyük paya “Paşa Həyat Sığorta” və “Paşa Sığorta” malikdir. Bu iki şirkətdən “Paşa Həyat Sığorta”ın 1 ildə bazar payı
artarkən “Paşa Sığort”ın azalıb. 2018-ci ildə ən böyük artıma malik olan növbəti şirkət “Atəşgah Həyat” olub, ötən il isə “AzərSığorta” DŞ idi.
1 il ərzində 21 sığorta şirkətindən 9-un payı artıb, qalan 12-in isə bazar payı azalıb.
Bazar payı ən çox azalan sığorta şirkətləri “Paşa Sığort” , “Günay Sığorta” və “AzərSığorta Dövlət Şirkəti” olub.