Azərbaycanın sığorta şirkətləri topladıqları sığorta haqlarının 3-də bir hissəsi qədər ödəniş edirlər.
FED.az sığorta sektoru üzrə 2018-ci ilin nəticələrinə əsasən bildirir ki, ötən il sığorta haqqı kimi toplanan 728 milyon manat qarşısında, müştərilərinə 240,3 milyon manat ödəniş ediblər. Başqa sözlə, hər 100 manat sığorta haqqı qarşısında müştərilərə orta hesabla 33 manat ödəniş edilib.
Eləcə də bax: Özəl klinikalara yaxşı xəbər – İCBARİ SIĞORTAYA QATILACAQLAR
FED.az-ın 2018-ci ilin nəticələrinə görə, sığorta şirkətləri üzkə tərtib etdiyi ödəniş/yığım nisbəti renkinqinə əsasən, yığdığı sığorta haqlarına nisbətdə ən çox sığort ödənişi edən şirkət «Qala Həyat Sığorta». Bu şirkət topladığı 15 milyon 897 min manat sığorta haqqı müqabilində 12 milyon 349,2 min manat və ya yığımların 77,7%-i qədər ödəniş edib.
Ödəniş/yığım nisbətinə görə, ikinci yeri “A-Qroup Sığorta” şirəti tutur – 61,2%. Ümumiyyətlə 21 sığorta şirkətinin 5-də ödəniş/yığım nisbəti 50%-dən artıqdır.
9 şirkətlə bu göstərici 20-50% arasında dəyişir, 7 şirətdə isə 20%-dən aşaıdır.
Ölkədə ödəniş/yığım nisbətinə görə, ən aşağı göstərici «Naxçıvansığorta» şirkətindədir. Bu şirkət topladığı 262,7 min manat sığorta haqqı müqabilində cəmi 3,3 min manat, yəni 1,26%-i qədər ödəniş edib.