Azərbaycanda 2020-ci ildən tətbiqi gözlənilən icbari tibbi sığortada özəl tibb müəssisələrinin xidmətlərindən də istifadə ediləcək. FED.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin departament rəhbəri Vuqar Qurbanov bildirib.
Onun sözlərinə görə, icbari tibbi sığortanın tətbiqi ilə özəl klinikaların lisenziyalaşması ilə bağlı qaydalara dəyişməyəcək: «Azərbaycanda özəl tibb müəssisələri lisenziya əsasında fəaliyyət göstərirlər və bu lisenziyaların verilməsi üçün rəyi hazırlayan qurum Səhiyyə Nazirliyidir. Bu qayda ölkədə icbari tibbi sığortanın tətiqindən sonra da davam edəcək».
İcbari tibbi sığortanın özəl tibbi müəssisələri ilə əməkdaşlığına gəlincə, Agentlik rəhbəri bildirir ki, icbari tibbi sığortanın müəyyən standartları olacaq. Və həmin standartlara cavab verən özəl tibbi müəssisələri Agentliklə müqavilə bağlayıb öz tibb xidmətlərini göstəri biləcəklər: «Həmin xidmətləin ödənişini də İcbari tibbi sığorta üzrə Agentlik həyata keçirəcək. Burada vacib məqam ölkə vətəndaşlarına keyfiyyətli tibbi xidmətin göstərilməsidir. Bunu həyata keçirə bilən hər bir tibb müəssisəsi ilə müqavilə imzalana bilər»-deyə V.Qurbanov bildirib.