Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) 2021-ci il üzrə büdcəsi və xərc maddələrinin necə xərcləndiyi məlum olub.
Eləcə də bax: «Azərsığorta» Dövlət Şirkətinin - GÖSTƏRİCİLƏRİ AÇIQLANDI - HESABAT
FED.az-ın sorğusuna cavab olaraq ASA-dan bildirilib ki, 2021-ci ildə Assosiasiyanın büdcəsi 224 min manat olub. Bunun böyük hissəsi 65%-i və ya 145,6 min manatı əmək haqqı xərclərinə ayrılıb.
Təqribən 45 min manat və ya ümumi büdcənin 20%-i Assosiasiyanın ofisinin saxlanmasına və fəaliyyətin təmin olunması üçün zəruri olan xərclərə sərf edilib.
İllik büdcənin 15%-i və ya 33,6 min manat isə ASA-nın yerləşdiyi ofisin icarəsi üçün xərclənib.
Xatırladaq ki, ASA-nın büdcəsi üzvlərin illk üzvlük haqqından formalaşır. Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən 20 sığorta şirkəti, 1 təkrarsığorta şirkəti "Azərbaycan Sığortaçılar Assosiasiyası" İB-nin üzvüdür.