Bu ilin 4 ayının nəticələrinə görə Azərbaycanda sığorta yığımlarında ən kəskin artım olan sığrota şirkətlərinin adları məlum olub.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq hesabata istinadən xəbər verir.
Belə ki, hesabat dövründə ən çox sığrota yığımlarında artım baş verən şirkət 85% və ya 2,3 milyon manatla "Meqa Həyat Sığorta" şirkəti olub.
İkinci pillədə 29% və ya 2,2 milyon manat artımla "Xalq” Sığorta Şirkəti gəlir.
Yığımlarında "Qala Həyat Sığorta" ASC 22%, başqa sözlə 1,7 milyon manat artımla üçüncü olub.
“Azərbaycan Sənaye” Sığorta Şirkətinin yığımları 22%, başqa sözlə 2 milyon manat artıb.
“AtəşgahSığorta” ASC-nin yığımlarında 20% (3,4 milyon manat) artım baş verib.