Azərbaycanın sığorta şirkətlərinin maliyyə dayanıqlığı göstəriciləri və ödəmə qabiliyyəti göstəriciləri üzrə mütəmadi təhlillər aparıır.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sığorta sektoruna nəzarət departamentinin rəhbəri Vüsal Qurbarov bildirib.
«Fitch Ratings»: «Azsığorta»nın yüksək investisiya riskləri var, bazar payını itirir»
Onun sözlərinə görə, aparılan təhlillər qənaətbəxş olduğunu göstərir: «Sığorta şirkətlərinin maliyyə dayanıqlığı göstəriciləri qənaətbəxşdir. Əlbəttə müxtəlif problemlər var və onların həlli üçün addımlar atılır».
V.Qurbanov bildirib ki, 2019-un noyabrından sığorta sektoruna AMB nəzarət edir bu tarixdən etibarən mütəlif istiqamətdə təhlillər aparılıb, nəticələrə əsasən sığorta sektorunun inkişaf planı hazırlanıb.
Bura qanunvericiliyin yenilənməsi, əhalinin və biznesin sığortanın üstünlükləri barədə məlumatlandırılması və sair məsələlər aiddir.