Bu ilin yanvar-fevral ayları üzrə Azərbaycanda sığorta bazarı 281,2 milyon manat təşkil edib.
Bunun da 220,1 milyon manatı könüllü, 61,1 milyon manatı icbari sığortanın payına düşüb.
Könüllü sığorta yığımların 110,1 milyon manatı həyat, 110 milyon manatı qeyri-həyat sığortasının payına düşüb.
Həyat sığortasının ən gəlirli sahəsi 103,6 milyon manat olmaqla həyatın yaşam sığortasının, ən aşağı gəlirli sahəsi isə cəmi 573 min manat olmaqla əmək qabiliyyətinin könüllü sığortasının payına düşüb.
Qeyri həyat sığortasında ən çox sığorta haqqı könüllü tibbi sığorta bazarında (67,9 milyon manat) toplanıb, ən əaşağı gəlirlər isə min manat olamqla yük daşıyanın mülki məsuliyyətinin sığortasının, işin dayanması ilə bağlı risklərdən sığortanın, payına düşüb
İcbari sığortanın 16,4 milyon manatı həyat, 44,7 milyon manatı isə qeyri-həyat sığortasına aid olub.
Qeyri-həyat sığortasında ən çox sığorta haqqı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 25,1 milyon manat olmaqla toplanıb. Ən aşağı yığım isə 6 min manat olmaqla digər icbari sığorta növlərinə aid olub.