Azərbaycanda 2025-ci ilin ilk on ayının statistikası bəzi sığorta növlərinin şirkətlər üçün olduqca yüksək gəlirliliyə malik olduğunu göstərir. Maraqlı məqam ondan ibarətdir ki, yığılan hər 100 manatın 90 manatdan çoxunun şirkətlərə sığorta növləri həm qeyri-həyat, həm də həyat sığortası sahələrində mövcuddur.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, ən aşağı zərərlilik göstəriciləri ənənəvi olaraq qeyri-həyat sığortası növlərində qeydə alınıb. Bu kateqoriyada liderliyi müxtəlif mülki məsuliyyət növləri edir. Məsələn, ümumi mülki məsuliyyətin könüllü sığortasında şirkətlər 10 milyon 300 min manat yığım əldə etsələr də, cəmi 61 min manat ödəniş ediblər ki, bu da cəmi 0,6% zərərlilik deməkdir. Eyni zamanda, peşə məsuliyyəti sığortasında 1 milyon 916 min manat yığıma qarşı cəmi 13 min manat ödəniş (0,7% zərərlilik), avtonəqliyyat sahiblərinin könüllü məsuliyyət sığortasında isə 4 milyon 335 min manat yığıma qarşı 36 min manat ödəniş (0,8% zərərlilik) qeydə alınıb.
Həmçinin, böyük yığım həcminə malik qeyri-həyat növlərində də vəziyyət oxşardır. Daşınmaz əmlakın icbari sığortası üzrə yığılan 70 milyon 419 min manatın cəmi 2 milyon 251 min manatı ödənişlərə yönəldilib ki, bu da cəmi 3,2%-lik zərərlilikdir. Eyni şəkildə, əmlakın yanğından və digər risklərdən könüllü sığortası üzrə toplanan 69 milyon 105 min manatın qarşılığında cəmi 2 milyon 518 min manatlıq ödəniş edilib (zərərlilik 3,6%).
Bununla yanaşı, ümumilikdə yüksək ödənişləri ilə seçilən həyat sığortası sahəsində də olduqca gəlirli növlər var. Məsələn, istehsalatda bədbəxt hadisələrin icbari sığortası növündə şirkətlər 78 milyon 613 min manat yığım əldə etdiyi halda, cəmi 4 milyon 987 min manat ödəniş ediblər. Bu isə cəmi 6,3% zərərlilik deməkdir. Eyni zamanda, həyatın ölüm halından könüllü sığortası da 32 milyon 273 min manat yığıma qarşı 2 milyon 781 min manatlıq ödənişlə (8,6% zərərlilik) yüksək gəlirli həyat sığortası növləri sırasındadır.
|
Sığorta Növünün Adı |
Yığımlar (2025) |
Ödənişlər (2025) |
Ödəniş/Yığım Nisbəti (Zərərlilik) |
|
Könüllü Sığorta Növləri |
|||
|
Ümumi mülki məsuliyyətin könüllü sığortası |
10 300 |
61 |
0,6% |
|
Peşə məsuliyyətinin könüllü sığortası |
1 916 |
13 |
0,7% |
|
Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortası |
4 335 |
36 |
0,8% |
|
Kreditlərin könüllü sığortası |
4 052 |
53 |
1,3% |
|
Yük daşıyanın mülki məsuliyyətinin könüllü sığortası |
37 |
1 |
2,7% |
|
Əmlakın yanğından və digər risklərdən könüllü sığortası |
69 105 |
2 518 |
3,6% |
|
Fərdi qəza və xəstəliklərin könüllü sığortası |
6 247 |
384 |
6,1% |
|
Həyatın ölüm halından könüllü sığortası |
32 273 |
2 781 |
8,6% |
|
Yüklərin (nəqliyyat) könüllü sığortası |
5 394 |
503 |
9,3% |
|
İcbari Sığorta Növləri |
|||
|
Daşınmaz əmlakın icbari sığortası |
70 419 |
2 251 |
3,2% |
|
Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası |
967 |
60 |
6,2% |
|
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta |
78 613 |
4 987 |
6,3% |












