Azərbaycanda 2025-ci ilin yanvar-oktyabr ayları ərzində könüllü tibbi sığorta üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-oktyabr ayları ərzində bu növ sığorta üzrə yığımlar 114 milyon 810 min manat təşkil edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13 milyon 852 min manat və ya 13,7% çoxdur. 2024-cü ilin eyni dövründə bu göstərici 100 milyon 958 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 74 milyon 6 min manat təşkil edib ki, bu da illik müqayisədə 5 milyon 855 min manat və ya 7,3% azdır. Ötən ilin eyni dövründə 79 milyon 861 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 64,5% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 14,6 faiz bəndi azalıb. 2024-cü ilin eyni dövründə isə zərərlilik göstəricisi 79,1% təşkil edib.












