“Günay Sığorta” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı 6 aprel 2020-ci il saat 15.00-da keçiriləcəkdir.
Eləcə də bax: Sığorta ödənişlərinin 80%-i - 5 ŞİRKƏTİN PAYINA DÜŞÜR
FED.az-ın məlumatına görə, ümumi yığıncağın gündəliyinə 2019-cu ilin yekunu üzrə maliyyə hesabatlarının təsdiqi və 2019-cu ilin yekunu üzrə xalis mənfəətin səhmdarlar arasında bölüşdürülməsi məsələləri daxildir.
Gündəlikdə nəzərdə tutulan məsələlərin sənədlərilə şirkətin qeyd olunan ünvanındakı ofisində tanış olmaq mümkündür. Əlaqələndirici şəxs - Gülnarə Cavadova, telefon- 012 990 (dax. 9906).Ünvan-Bakı şəhəri, AZ 1065, Yasamal rayonu, İnşaatçılar prospekti 75C.