Azərbaycanın sığorta bazarında ödənişlərin böyük hissəsi 5 şirkətin payına düşür.
Eləcə də bax: Sığorta ödənişlərinə görə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR 2020)
FED.az xəbər verir ki, 2019-cu ilin yanvar ayında ölkənin sığorta bazarında 26 milyon 115 min manatlıq ödəniş edilib. Bu məbləğin 10 milyon 317 min manatı və ya 40%-i «Paşa Həyat Sığorta»nın payına düşür.
Ümumilikdə sığorta ödənişlərinin 20,5 milyon manatı və ya 78,5%-i ilk 5 şirkətin payına düşür. Bura «Paşa Sığorta», «Xalq Sığorta», «Atəşgah Həyat» və «Atəşgah» şirkətləri aiddir.