«Günay Sığorta» şirkəti 2022-ci ilin ilk yarısını zərərlə başa vurub.
Eləcə də bax: Azərbaycanda bank "Günay Sığorta"dan - PAY ALIB
FED.az şirkətin yarım illik hesabatına istinadən xəbər verir ki, ilk 6 ayda şirkətin xalis zərəri 197 min manat təşkil edib. Xatırladaq ki, «Günay Sığorta» 2021-ci ili də 1 milyon 125 min manat zərərlə başa vurmuşdu.
Nəticədə hazırda şirkətin bölüşdürülməmiş zərəri ilin əvvəlindəki 628 min manatdan 826 min manata yüksəlib.
İlin ilk yarısında «Günay Sığorta» 3 milyon 228 min manat sığorta haqqı toplayıb, 2,4 min manat alacağı borc olub, daha 86 min maat isə subroqasiya formasında əldə edib. Başqa sözlə yarım ildə şirkətin ümumi pul gəlirləri 3 milyon 316 min manat təşkil edib.
Bundan başqa, ilk yarım ildə «Günay Sığorta» 1 milyon 556 min manat investisiya gəliri əldə edib.
Şirkətin xərcləri isə daha artıq olub – ilk yarım ildə «Günay Sığorta» 2 milyon 16 min manat sığorta ödənişi edib. Daha 143 min maat təkrar sığorta şirkətlərinə ödənilib. İşçilərə 704 min manat ödəniş edilib (əmək haqqı), bundan başqa şirkətin 1 milyon 186 min manatlıq ümumi və inzibati xərcləri olub. 110 min manat isə icarə haqqı kimi ödənilib.
2022-ciilin ilk yarım ilində «Günay Sığorta»nın aktivləri 1,3 milyon manat və ya 8% azalaraq 16 milyon 354 min manatdan 15 milyon 53 manata enib.
Şirkətin kapitalı öz zərəri qədər – yəni 197 min manat azalaraq 8 milyon 674 min manata enib.
Öhdəlikləri isə 900 min maata yaxın azalaraq 6 milyon 742 min manatdan 5 milyon 880 min manata enib.