"Günay Sığorta" şirkətinin səhmdarlarının pay bölgüsü dəyişib.
Eləcə də bax: “Günay Sığorta”nın sədri də – İŞİNDƏN UZAQLAŞDI
FED.az xəbər verir ki, bu sığorta şirkətinin nizamnamə kapitalını artırması hesabına baş verib. Belə ki, sığorta şirkəti nominal dəyəri 1000 manat olan 1300 səhm buraxıb. "Günay Bank" ASC səhmlərin 800 ədədini almaqla sığorta şirkətindən 8,4% pay əldə edib. Qalan 500 min manatlıq səhmi sığorta şirkətinin Direktorlar Şurasının sədri Məmmədov Mahmud Nadir oğlu alıb.
Nəticədə, sığorta şirkətində səhmdarların pay bölgüsü dəyişib. Məmmədov Mahmud Nadir oğlunun şirkətindəki payı 32,4%-dən 33,2%-ə kimi artıb. Şirinova Yeganə Məmməd qızının "Günay Sığorta"da payı isə 67,5%-dən 58,3%-ə enib.
Xatırladaq ki, "Günay Sığorta" 1992-ci ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 9,5 milyon manatdır. (Apa)