Sığorta sinifləri üçün icazələrin alınması prosesi dəyişdiriləcək.
FED.az xəbər verir ki, bu barədə "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası"nda bildirilib.
Strategiyada sığorta sinifləri üzrə ümumi şərtlərin (qaydaların) müəyyən edilməsi, sığorta hadisələri, istisnalar və sığorta şəhadətnaməsi sahiblərinin hüquq və vəzifələrini təsbit etmək üçün sığorta sinifləri üzrə xüsusi şərtlərin müəyyən edilməsi qeyd edilib.
Bunda başqa sığorta sinifləri üçün icazələrin alınması prosesinin sığortaçıların biznesin planlaşdırılması prosesinə uyğunlaşdırılmasının təmin edilməsi, yeni yanaşmanın uyğunluğunun monitorinqi üçün müvafiq nəzarət prosesinin müəyyən edilməsi də öz əksini tapıb.