Azərbaycanda yetkin əhali arasında bank əmanətçilərinin çəkisinin 1.4%-dən 2.7%-ə çatdırılması hədəflənir.
FED.az xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının (AMB) təsdiq etdiyi “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nda öz əksini tapıb
Starategiyada qeyd olunub ki, bank xidmətləri ilə təmin edilmiş əhalinin yetkin əhaliyə nisbəti 68%-dən 85%-ə çatdırılacaq.
Bank sistemində səmərəlilik təşəbbüslərinin təşviq edilməsi məqsədilə xərc/gəlir əmsalının 49%-dən 40% salınması nəzərdə tutulur.