Sığorta sektoru mənfəətlə fəaliyyət göstərsə də, sektorun mənfəətliliyi ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb.
FED.az xəbər verir ki, bu, Mərkəzi Bankın 2025-ci ilin 1-ci yarısı üzrə Maliyyə Sabitliyi Hesabatında bildirilir.
Qeyd edilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2025-ci ilin birinci yarımilliyində sığorta sektorunun xalis mənfəəti 17% (17 mln.manat) azalaraq 81 mln. manat olub.
Hesabat dövrü ərzində qeyri-həyat sığorta şirkətləri üzrə mənfəətlilik 14 mln. manat azalaraq 42 mln.manat, həyat sığorta şirkətləri üzrə mənfəətlilik isə 2 mln. manat azalaraq 39 mln.manat olub.