Azərbaycanın sığorta sektorunda ən böyük və kiçik oyunçuları
Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin cəmi aktivlərinin həcminə görə renkinqi məlum olub.
FED.az xəbər verir ki, 2019-cu ilin sonuna olan məlumata görə, aktivlərinin həcminə görə ən böyük sığorta şirkəti «Paşa Həyat Sığorta» olub - 400 milyon 125,7 min manat.
Cəmi aktivi 201 milyon 263,5 min manat olan “Paşa Sığorta” sıralamada ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, bu iki şirkət «Paşa Holdinq»ə məxsusdur və ölkənin sığorta şirkətlərinin aktivlərinin ümumi həcminin 1,2 milyard manat olduğunu nəzərə alanda, sığorta sektorunun aktivlərinin yarısı «Paşa Holdinq»ə məxsusdur.
«Atəşgah Həyat» sığorta şirkəti 97 475,8 min manat cəmi aktivlə üçüncü, «Xalq Sığorta» şirkəti 71 721,4 min manat cəmi aktivlə dördüncü yerdə qərarlaşıb.
İlk 5-liyi «İpək Yolu Sığorta» şirkəti tamamlayır 70 milyon 528,7 min manat.
Aktivlərin həcminə görə, ən kiçik sığorta şirkəti «Xalq Həyat» olub – 6 milyon 741,1 min manat.
«Amrah Sığorta»nın aktivləri 7 milyon 047,0 min manat, «Bakı Sığorta»da 10 milyon 924,0 min manat olub.
«Günay Sığorta» şirkəti aktiılərin həcminə görə, ölkənin 4-cü ən kiçik sığorta şirkətidir 14 milyon 420,1 min manat.
Aktivlərin həcminə görə, növbəti şirkət «Rəvan Sığorta» olub 17 milyon 057,7 min manat.