Bu ilin 11 ayının nəticələrinə görə Azərbaycanda sığorta ödənişlərində ən kəskin artım olan sığrota şirkətlərinin adları məlum olub.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq hesabata istinadən xəbər verir.
Belə ki, hesabat dövründə ən çox sığrota ödənişləri ən kəskin artan şirkət 65,1 dəfə və ya 962 min manatla "Meqa Həyat Sığorta" şirkəti olub.
İkinci pillədə 2,1 dəfə və ya 26,8 milyon manat artımla "Atəşgah Həyat” Sığorta Şirkəti şirkəti gəlir.
Ödənişlərində "Aqrar Sığorta" ASC 2,1 dəfə (2,9 milyon manat) artımla üçüncü olub.
"Xalq Həyat” Sığorta Şirkəti ASC-nin sığorta ödənişlərində 79% və ya 2,4 milyon manat artım baş verib.
"Qala Sığorta" Şirkətinin müştərilərə ödədiyi məbləğin həcmi isə son bir il ərzində 76% (6,6 milyon manat) artıb.
"Meqa Sığorta"nın sığorta ödənişlərində ötən ilin müvafiq dövrü ilə müqayisədə 73% başqa sözlə 6 milyon manat artım baş verib və şirkət 6-cı yeri tutub.
“Atəşgah” Sığorta Şirkətinin ödənişləri 60% və ya 9.1 milyon manat artıb.
"Paşa Həyat Sığorta"da ödənişlərin məbləğində 59%, başqa sözlə 144,3 milyon manat artım qeydə alınıb.
"Paşa Sığorta"da isə artım 44% (39,2milyon manat) təşkil edib.