Bu ilin yanvar-aprel aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən bəzi sığorta sinifləri üzrə sığorta haqqı toplansa da, heç bir ödəniş olunmayıb.
FED.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata görə həmin sığorta növləri üzrə toplanmış haqqının ümumi dəyəri 2 milyon 865 min manat təşkil edib..
Sığorta ödənişi edilməyən sığorta siniflərin üzrə toplanmış məbləğlər aşağıdakı kimidir:
№ |
Sığorta növü |
Sığorta ödənişi (AZN) |
Sığorta yığımları (AZN) |
1 |
Su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası |
0 |
2,129 |
2 |
Su nəqliyyat vasitələrinin sığortası |
0 |
200 |
3 |
İşəgötürənin məsuliyyət sığortası |
0 |
161 |
4 |
Mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası |
0 |
150 |
5 |
Əmlakın sığortası ilə bağlı digər siniflər |
0 |
86 |
6 |
— İşçilərin dələduzluğu sığortası |
0 |
86 |
7 |
Digər icbari sığorta növləri |
0 |
24 |
8 |
Dəmiryol nəqliyyatı vasitələrinin sığortası |
0 |
22 |
9 |
Yük daşıyanın mülki məsuliyyətinin sığortası |
0 |
6 |
10 |
Qarışıq maliyyə risklərinin sığortası / İşin dayanması ilə bağlı risklər |
0 |
1 |