Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar azalıb və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istinadən xəbər verir ki, bu ilin yanvar-mart aylarında bu növ sığorta üzrə yığımlar 28 milyon 171 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 8 milyon 722 min manat və ya 24% azdır.
2024-cü ilin yanvar-mart ayında bu göstərici 36 milyon 893 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 832 min manat təşkil edib ki, bu da illik müqayisədə 272 min manat və ya 49% çoxdur.
Əvvəlki ilin eyni dövründə 560 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 3% təşkil edib ki, buda illik 2% çoxdur. 2024-cü ilin eyni dövrünə görə zərərlilik əmsalı 1% olub.