Bu ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən bəzi sığorta sinifləri üzrə sığorta haqqı toplansa da, heç bir ödəniş olunmayıb.
FED.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata görə sığorta həmin sığorta növləri üzrə toplanmış haqqının ümumi dəyəri 3 milyon 453 min manat təşkil edib..
Sığorta ödənişi edilməyən sığorta siniflərin üzrə toplanmış məbləğlər aşağıdakı kimidir:
S/n |
Sığorta növləri |
S/h |
1 |
Su nəqliyyatı sahiblərinin mülki məsliyyətinin sığortası |
2 milyon 117 min manat |
2 |
Su nəqliyyat vasitələrinin sığortası |
200 min manat |
3 |
Mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası |
150 min manat |
4 |
İşəgötürənin məsuliyyət sığortası |
125 min manat |
5 |
İşçilərin dələduzluğu sığortası |
86 min manat |
6 |
Dəmiryol nəqliyyatı vasitələrinin sığortası |
22 min manat |
7 |
Digər icbari sığorta növləri |
14 min manat |
8 |
Yük daşıyanın mülki məsuliyyətinin sığortası |
3 min manat |
9 |
İşin dayanması ilə bağlı risklərdən sığorta |
1000 manat |