Bu ilin yanvar-mart aylarında Azərbaycanda toplanılmış 201,174 milyon manat sığorta haqqının 155,647 milyon manatı və yaxud 77,4%-i 5 sığorta şirkətinin payına düşüb.
FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, həmin şirkətlər "PAŞA Sığorta" (64,469 milyon manat), "PAŞA Həyat Sığorta" (39,673 milyon manat), "Azərsığorta" (31,69 milyon manat), "Atəşgah Sığorta" (10,529 milyon manat) və "Atəşgah Həyat Sığorta" (9,286 milyon manat) ASC-lərdir.
3 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə "Naxçıvan Sığorta" (79 min manat), "Amrah Sığorta" (91 min manat), "Bakı Sığorta" (175 min manat), "Rəvan Sığorta" (557 min manat) və "Günay Sığorta" (730 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 1,632 milyon manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 0,8%-i deməkdir.
Qalan 11 sığorta şirkətinin ümumi yığımları isə 43,895 milyon manat (21,8%) təşkil edib.
Eləcə də bax: Azərbaycanda ən az ödəniş edən - SIĞORTA ŞİRKƏTLƏRİ - SİYAHI