Bu ilin yanvar-fevral aylarında Azərbaycanda toplanmış 130 milyon 155,7 min manat sığorta haqqının 62,92%-i "PAŞA Həyat Sığorta" və "PAŞA Sığorta" şirkətlərinin payına düşüb.
FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, "PAŞA Holdinq"ə daxil olan bu şirkətlər müvafiq olaraq 49 milyon 454,4 min manat (37,99%) və 32 milyon 446,4 min manat (24,93%) sığorta haqqı toplayıblar.
Eləcə də bax: Azərbaycanda ən zərərli sığorta növləri – RƏQƏMLƏR
Yığımların həcminə görə ilk 5 yeri tutan sığorta şirkətlərinin sırasına «PAŞA»lardan əlavə “İpək Yolu Sığorta” ASC, “Atəşgah Həyat” Sığorta Şirkəti ASC və ilk 5-likdə ilk dəfə er alan “Meqa Sığorta” ASC də daxildir.
Daxilolmaların məbləğinə görə, 3-cü yerdə 6,567 milyon manatlıq (5%) göstərici ilə "İpək Yolu Sığorta" şirkəti, 4-cü yerdə 6,246 milyon manatlıq (4,8%) göstərici ilə "Atəşgah Həyat Sığorta" şirkəti, 5-ci yerdə isə 5,65 milyon manatlıq (4,3%) göstərici ilə "Meqa Sığorta" şirkəti qərarlaşıb.
Eləcə də bax: Sığorta şirkətlərinin ödəniş/yığım göstəricisi üzrə renkinqi (Yanvar-fevral, 2018)
İlk 5 şirkət 100 milyon 362,9 min manat sığorta haqqı toplayıb ki, bu da bazarın 77,1%-nə bərabərdir.
İlk 10 yeri tutan şirkət isə 119 milyon 343,2 min manat sığorta haqqı toplayaraq bazardakı yığımların 91,7%-nə nəzarət edir.
21 sığortaçı arasında ən az sığorta haqqı toplayanlar isə "Amrah Sığorta" (11,2 min manat), "Naxçıvan Sığorta" (45,1 min manat), "Bakı Sığorta" (119,5 min manat), "Rəvan Sığorta" (201,2 min manat) və "Günay Sığorta" (914,2 min manat) şirkətləridir. Bu şirkətlərin ümumi yığımları 1 milyon 291,2 milyon manat təşkil edib ki, bu da bazarın cəmi 1%-i deməkdir.
Eləcə də bax: “2017-ci ili gözlədiyimiz mənfəətlə başa vurmuşuq” - MÜSAHİBƏ
Sığorta yığımlarındakı təmərküzləşmə, yığımlardakı qədər olmasa da, ödənişlərdə də təkrarlanır.
Palatanın məlumatına görə, bu ilin yanvar-fevral aylarında ölkənin 21 sığorta şirkəti ümumilikdə 40 milyon 487,7 min manat sığorta haqqı ödəyiblər.
Yığımlarda olduğu kimi, ödənişlərdə də ilk iki yeri «PAŞA Holdinq»ə daxil olan sığorta şirkətləri - "PAŞA Sığorta" və "PAŞA Həyat Sığorta" toplayıb.
"PAŞA Sığorta"nın ödənişləri 8 milyon 749,8 min manat və ya bazarın 21,61%-ni, "PAŞA Həyat Sığorta"nın ödənişləri isə 7 milyon 277,9 min manat və ya bazarın 17,97%-ni təşkil edir.
Ödənişlərin həcminə görə ilk 5-likdə sonrakı yerləri “Atəşgah Həyat” Sığorta Şirkəti ASC (5 milyon 461,5 min manat və ya 13,48% bazar payı), “Qala Həyat” Sığorta Şirkəti ASC (4 milyon 551,2 min manat və ya 11,24% bazar payı) və “Atəşgah” Sığorta Şirkəti ASC (3 milyon 358,1 min manat və ya 8,29% bazar payı) tutur.
Beləliklə, ilk 5 şirkətin sığopta ödənişlərinin həcmi 29 milyon 398,5 min manat və ya ümumi ödənişlərin 72,61%-nə bərabərdir.
İlk 10 yeri tutan sığorta şirkətlərinin isə ümumi ödənişi 37 milyon 290,1 min manat və ya bazarın 92,1%-ni təşkil edir.
21 sığortaçı arasında ən az ödəniş edənlər isə "Naxçıvan Sığorta" (0 manat), "Amrah Sığorta" (9,3 min manat), "Rəvan Sığorta (52,1 min manat) və "Bakı Sığorta" (63,7 min manat) şirkətləridir. Bu şirkətlərin ümumi ödənişləri 125,1 min manat təşkil edib ki, bu da cəmi 0,31%-lik pay deməkdir.
Sığorta bazarının 62%-i iki şirkətdə cəmləşir
09:18
27 Mart 2018