Azərbaycanda 2025-ci ilin yanvar-dekabr ayları ərzində sərnişinlərin icbari fərdi qəza sığortası üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-dekabr ayları ərzində bu növ sığorta üzrə yığımlar 147 min manat təşkil edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 21 min manat və ya 16,7% çoxdur. 2024-cü ilin eyni dövründə bu göstərici 126 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 82 min manat təşkil edib ki, bu da illik müqayisədə 15 min manat və ya 22,4% çoxdur. Ötən ilin eyni dövründə 67 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 55,8% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 2,7 faiz bəndi artıb. 2024-cü ilin eyni dövründə isə zərərlilik göstəricisi 53,2% təşkil edib.












