“Atəşgah Həyat” Sığorta Şirkəti ASC 2025-ci il ərzində 112 milyon 492 min manat həcmində sığorta haqqı toplayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, əvvəlki illə müqayisədə 21 milyon 553 min manat və ya 23,7% artım deməkdir.
2024-cü ildə sığorta şirkətinin yığımları 90 milyon 939 min manat təşkil etmişdi.
Ödənişlər isə 16 milyon 562 min manat (31,1%) artaraq 69 milyon 792 min manat olub. Ötən il ödənişlər 53 milyon 230 min manat idi.












