“Azərbaycan Sənaye Sığorta” ASC bu ilin ilk 7 ayı ərzində 18 milyon 913 min manat həcmində sığorta haqqı toplayıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, şirkətin yığımları son bir illə müqayisədə 3 milyon 494 min manat, başqa sözlə 22,7% artıb. Xatırladaq ki, 2024-cü ilin eyni dövründə şirkətin yığımları 15 milyon 419 min manat olmuşdu.
Bu dövrdə şirkət öz müştərilərinə 6 milyon 913 min manat sığorta ödənişi edib ki, bu da illik müqayisədə 1 milyon 705 min manat və ya 32,7% artım deməkdir.
Xatırladaq ki, ötən ilin eyni dövründə müştərilərə 5 milyon 208 min manat ödəniş edilmişdi.
Şirkətin zərərlilik göstəricisi 36,5% təşkil edib. Ötən ilin eyni dövründə sığorta şirkətinin zərərliliyi 33,8% idi.