24 avqust 2020-ci il saat 11.00-da “Azərbaycan Sənaye Sığorta” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Eləcə də bax: «AtaSığorta» ASC-nin cəhmdarı - NÖVBƏDƏNKƏNAR TOPLANIR
FED.az xəbər verir ki, növbədənkənar ümumi yığıncağın gündəliyindəki məsələ “Azərbaycan Sənaye Sığorta” ASC-nin direktorlar şurasının tərkibində dəyişiklik edilməsi məsələsinin müzakirəsidir.
Səhmdarlar növbədənkənar ümumi yığıncağın gündəliyi üzrə müvafiq materiallarla cəmiyyətin Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, “Gümüş Plaza” iş mərkəzindəki ofisində tanış ola bilərlər.
Ümumi yığıncaq “Azərbaycan Sənaye Sığorta” ASC-nin Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi 122 “Gümüş Plaza” iş mərkəzindəki ofisində keçiriləcəkdir