«AtaSığorta» ASC-nin Səhmdarının növbədənkənar Ümumi Yığıncağı keçiriləcək.
Eləcə də bax: “Ata Sığorta”nın Direktorlar Şurasına daha bir - TƏYİNAT
FED.az xəbər verir ki, Yığıncaqda «AtaSığorta» ASC-nin İdarə Heyətinin üzvünün səlahiyyət müddətinin artırılması, Təftiş Komissiyasının seçilməsi, İnvestisiya siyasətinin və İnvestisiya Komissiyasının Əsasnaməsinin təsdiq edilməsi müzakirə ediləcək.
Eləcə də iclasda «AtaSığorta» ASC-nin 2020-2023-cü illər üzrə Strateji planının təsdiq edilməsi, bonus və mükafatlandırma komissiyasının yaradılması və Əsasnaməsinin təsdiqi və digər məsələlər müzakirə ediləcək.
İclas 11 avqust 2020-ci il tarixdə, saat 11-də, Azadlıq prospekti 124 ünvanında keçiriləcək.
Səhmdar Ümumi Yığıncağının gündəliyi üzrə materiallarla elə həmin ünvanında tanış ola bilərlər.