"Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzi" Publik Hüquqi Şəxsi tərəfindən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri üçün laboratoriya avadanlıqlarının satınalınması ilə bağlı elan edilmiş tenderin nəticəsi açıqlanıb.
FED.az xəbər verir ki, tenderin qalibi "İmago Co" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Müqavilənin ümumi dəyəri 4 milyon 329 min 774 manat təşkil edir. Ehtimal olunan qiymət isə 4 milyon 406 min 698 manat idi.
Qeyd edək ki, "İmago Co" MMC tibb sahəsindəki satınalmalarda fəal iştirak edir. Şirkət bundan əvvəl Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı tərəfindən İmmunoseroloji, Biokimyəvi və Hematoloji reaktivlərin satın alınması üzrə keçirilən tenderin qalibi olub. Həmin müqavilənin dəyəri 3 milyon 354 min 653 manat təşkil edib.












