Azərbaycanda sağalmaz xəstəliklərdən könüllü sığorta üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-fevral aylarında bu növ sığorta üzrə yığımlar 693 min manat təşkil edib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 412 min manat və ya 2,5 dəfə çoxdur.
2023-ci ilin yanvar-fevral aylarında bu göstərici 281 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 14 min manat təşkil edib
Əvvəlki ilin eyni dövründə 4 sığorta ödənişləri edilməyib.
Hesabat dövründə zərərlilik göstəricisi isə 2% təşkil edib.