Azərbaycanda əmək qabiliyyətinin könüllü sığortası üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-fevral aylarında bu növ sığorta üzrə yığımlar 671 min manat təşkil edib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 405 min manat və ya 2,5 dəfə çoxdur.
2023-ci ilin yanvar-fevral aylarında bu göstərici 266 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 37 min manat təşkil edib ki, bu da illik müqayisədə 33 min manat və ya 9,5 dəfə çoxdur.
Əvvəlki ilin eyni dövründə 4 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 5% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 4% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 1% təşkil edib.