Azərbaycanda 2026-cı ilin yanvar ayı ərzində sağalmaz xəstəliklərdən sığorta üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar ayında sağalmaz xəstəliklərdən sığorta üzrə yığımlar 626 min manat təşkil edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 308 min manat və ya 2 dəfə artıqdır.
Yanvarda bu növ sığorta üzrə ödənişlər 221 min manat təşkil edib ki, bu da illik müqayisədə 143 min manat və ya 2,8 dəfə çoxdur. Ötən ilin eyni dövründə 78 min manat sığorta ödənişləri edilmişdi.
Statistika göstərir ki, bu ilin yanvarında sağalmaz xəstəliklərdən sığorta üzrə zərərlilik göstəricisi isə 35% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 11 faiz bəndi artıb. Xatırladaq ki, 2025-ci ilin eyni dövründə zərərlilik göstəricisi 24,5% olmuşdu.













