Azərbaycanda xaricə səfər edən vətəndaşların sığortası üzrə yığımları bazarı kəskin böyüyüb.
FED.az biznes və maliyyə xəbərləri portalı Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar ayı ərzində xaricə səfər edən vətəndaşların sığortası üzrə 624 min manat sığorta haqqı toplanıb. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 277 min manat və ya 80% artıqdır. Xatırladaq ki, 2025-ci ilin yanvarında xaricə səfrə edənlərin sığortası üzrə 347 min manat sığorta haqqı toplanmışdı.
Yığımlar artsa da, yanvar ayında bu sığorta üzrə ödənişlərin məbləği kəskin azalıb. Belə ki, yanvar ayında xaricə səfər edənlərin sığortası üzrə baş vermiş hadisələrə görə sığorta şirkətləri 34 min manat sığorta ödənişi ediblər. təşkil edib. Bu illik müqayisədə 16 min manat və ya 32% azdır. Xatırladaq ki, ötən ilin eyni dövründə bu sığorta növü üzrə 50 min manat sığorta ödənişləri edilmişdi.
Yanvar ayında bu sığorta növü üzrə zərərlilik göstəricisi cəmi 5,4% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə təqribən 3 dəfə azalıb. Belə ki, 2025-ci ilin eyni dövründə xaricə səfər edənlərin sığortası üzrə zərərlilik göstəricisi 14,4% olmuşdu.













