Azərbaycanda ötən il üzrə sağalmaz xəstəliklərdən könüllü sığortası üzrə yığımlar və ödənişlərin həcmi məlum olub.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin ilk ayı üzrə sağalmaz xəstəliklərin könüllü sığortası üzrə toplanmış sığorta haqqlarının həcmi 318 min manat təşkil edib.
Bu da 2024-cü ilin yanvar ayı ilə müqayisədə 126 min manat və ya 65% çoxdur.
2024-cü ilin yanvar ayında toplanmış sığorta yığımlarının ümumi həcmi 193 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta üçün edilmiş ödənişlərin məbləği 78 min manat olub
Əvvəlki ilin eyni dövründə bu növ sığorta üzrə ödənişlər edilməyib
Hesabat dövründə zərərlilik göstəricisi isə 24% təşkil edib. Əvvlki ilin eyni dövründə isə zərərlilik göstəricisi olmayıb.